Qırqovul vəhşi quşdur. "Qafqaz qırqovulu" növləri Azərbaycanın düzənliklərində və dağətəyi ərazilərində mövcuddur və təbii qida zəncirinin vacib bir həlqəsidir. Çoxlu sayda həşəratları yeyərək, yaşaydığı yerlərdə yaşıl sahələrin qorunmasına kömək edir. Qırqovullar özləri tülkülər, vəhşi pişiklər və yırtıcı quşların yemidir. Qədim dövrlərdən bəri insanlar da bu quşu ovlayaraq öz qidalarında istifadə ediblər. Ancaq son illərdə bu növ quşların azlması müşahidə olunur. Bir neçə il ərzində qırqovulun Qırmızı Kitaba düşmüş, demək olar ki, tamamilə məhv edilmiş Talış qırqovulunun, Turac, və digər nadir quşların aqibəti gözləyə bilər. Qədim dövrlərdən bəri qırqovul əti dadına görə "Çar quşu" adlanırdı. Ətin tərkibini əsasən zülallar təşkil edir, yağlılığı və xolesterin yox dərəcəsindədir və karbohidratlar yalnız iki faiz təşkil edir. Məhsulun tərkibində 13 növ vitamin, 19 növ mineral, amin turşusu mövcuddur. Diyetoloqlar xüsusilə yaşlı insanlara, hamilə qadınlara və sinir sistemi pozğunluğundan əziyyət çəkənlərə qırqovul əti yeməyi tövsiyə edirlər.
Azərbaycanda yayılan yaşlı fərdlərin qanadının uzunluğu 22–25 sm, kütləsi 0,8–1,3 kq-dır. Quyruğu uzun, ucuna tərəf tədricən nazikləşir. Lələk örtüyü erkəklərdə yaşıl, qırmızı, narıncı, qarışıq əlvan və metal parlaqlı, dişilərdə az parlaq bozumtul rəngdədir. Dimdiyi möhkəm olub üst hissəsi aşağıya doğru bir az əyridir; qanadı qısa və enlidir. Ön Qafqaz, Şimali Qafqaz, Volqa çayının deltası, Orta və Mərkəzi Asiyadan tutmuş Primorye və Cənub-Şərqi Çinə qədər yayılmışdır. 30-a yaxın coğrafi forması var. Azərbaycanda düzənliklərdən dağətəklərinə qədər əlverişli yerlərdə: su hövzələrinə yaxın meşələrdə, kolluqlarda, mədəni landşaftlarda yaşayır. Yerdə düzəltdiyi yuvaya 8–18 yumurta qoyur. Yalnız dişisi 24–25 gün kürt yatır. Oturaq həyat keçirir. Toxum, bitki, giləmeyvə, cücülər və onurğasız heyvanlarla qidalanır. Qiymətli ov quşudur. Son illərdə sayı çox azaldığından ovlanması qadağan edilib. Azərbaycanda Əyricə Dövlət Damazlıq qırqovul yetişdirmə məntəqəsində yetişdirilir.
Lorem ipsum dolor sit amet consectetur adipisicing elit. Laborum optio rerum numquam. Non eos itaque iure illo eum error quo!
Bu təsərrüfatının rentabelli işləməsi üçün, qırqovul ətinin maya dəyərinin 77%-dən çox təşkil edən yemlərin öz təsərrüfatımızda hazırlanır. Bunun üçün xüsusi yem sexinin proyekti hazırlanmışdır. Quşların qidalanması gündəlik olaraq təmin edilir. Əməkdaşlarımız tərəfindən qırqovulların yemlənməsi tam normalara uyğun təmin edirilir. Su ilə qidalanması üçün xüsusi damcı vasitəsilə qırqovullar istənilən zaman su ilə təmin edilir. Təmiz hava şəraitində yemlənən qırqovulların əti daha dadlı olur.
Sahədə yetişdirilən quşlar 6-8 aylığından başlayaraq, satışdan gələn sifarişlərə əsasən, kəsimə göndərilir. Kəsim şöbəsi, bəslənmə sahəsinin 100 metrliyində, xüsusi binada yerləşir. Kəsim şöbəsi gündəlik olaraq xüsusi kimyəvi maddələr ilə təmizlənir və tələb olunan təmizlik qaydalarına uyğun olaraq nəzarətdə saxlanılır.
Bir aylığına qədər böyüdülmüş qırqovul balaları bəslənmə sahələrinə göndəriləcək. Bəslənmə sahələri xüsusi, təbiətdəki bəslənmə şəraitinə yaxın olan sistemə görə qurulub. Burada quşlar, vəhşi quşlardan və yırtıcılardan mühafizə olmaqla, tam sərbəst yaşayırlar. İnsanlarla təmasların minimallaşdırmaq üçün, onların yemlənməsi və qidalanması avtomatlaşdırılmışdır.
Ana sürü, hər biri 100 quş ailəsi üçün nəzərdə tutulan, 6 ədəd ən son texnologiya ilə qurulacaq tövlələrdə yerləşdiriləcək. Tövlələrin uzunluğu 60, enliyi 12 metr lahiyələndirilib. Hər qırqovul ailəsi üçün avtomatlaşdırılmış yem və su sistemi qurulacaq. Tövlələrə havalandırma qurğuları vasitəsi ilə daimi təmiz hava verililəcək. Gündəlik toplanan yumurtalar, inkubasiya sahəsinə göndəriləcək. Burada onlar Amerikanın “Natureform” şirkətindən alınması nəzərdə tutulan 21528 yumurtalıq qırqovul inkubatoruna yerləşdiriləcək. Yumurtalardan çıxmış cücələr böyüdülməsi məqsədi ilə inkubatora bitişik olan bruderlərdə yerləşdiriləcək. İnkubator və bruderlər xüsusi proyektlənmiş bina və tikilələrdə yerləşəcək.
İstehlakçının gözləntilərinə tam cavab verən keyfiyyətli, halal, sağlamlıq və qida təhlükəsizliyi tələblərinə uyğun və dadlı məhsullarının təqdim edilməsi bizim əsas məqsədimizdir.
İstehsalçı olaraq hədəfimizə çatmaqda tədarükçülərimizlə böyümək, məhsuldarlığımızı artırmaq və ümumi keyfiyyəti idarəetmə anlayışını mənimsəyərək istehsal etmənin vacib olduğuna inanırıq. Bu inamımızı dəstəkləyəcək formada sistemlərimizi davamlı inkişaf etdirməyi və hər zaman müştəri məmnuniyyətini ön planda tutacağımızı öhdəliyimizə götürürük.
Müasir müəssisələrimizdə istehsal etdiyimiz, təzə və ya dondurulmuş bütöv toyuq və toyuq hissələri məhsullarını istehsal zamanı xammalın qəbulundan başlayaraq, məhsulların istehlakçılara çatdırılana qədər bütün mərhələlərə aid qida təhlükəsizliyinə yönəlik təhlükələri müəyyən etmək, dəyərləndirmək və nəzarətdə saxlamaq ən başlıca vəzifəmizdir.